Levon Ter-Petrosyanın sözlərinə görə, indi Ermənistanın olduqca önəmli məsələsi krizis vəziyyətindən növbəti itkilərsiz xilas olmaqdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

O deyib ki, vətəndaş müharibəsi təhdidindən qaçmaq və daxili siyasi ziddiyyətləri konstitusiya daxilində həll etmək əsas vəzifə olmalıdır:

“Vətəndaş müharibəsi təkcə Azərbaycan-Türkiyə birliyinə böyük hədiyyə olmayacaq, həm də Ermənistan, “artsax” və bütün erməniliyi məhv edəcək”.

Levon Ter-Petrosyan xalqın taleyindən narahat olan hər kəsin bu faciəvi perspektivdən qaçmaq üçün yollar axtardığına inanmaq istədiyini də vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın