Macarıstanın Baş Naziri Viktor Orban bildirib ki, o, artıq Avropa Birliyinin (AB) Budapeştə öz qərarlarını tətbiq etmək cəhdlərindən bezib.

YALAN.info bildirir ki, siyasətçinin sözlərinə görə, AB Ukraynaya yardımı genişləndirmək, yəni “Kiyevə macarların pulunu vermək” üçün ianələrin artırılmasını və AB büdcəsinə düzəlişlər etməyi təklif edir.

“Mənim də həmçinin Brüsseldən ürəyim bulanır. Əsas məsələ mövcud durumdan hansı nəticəni çıxarmaqdır”, – deyə o vurğulayıb.

Macarıstanın Baş Naziri həmçinin izah edib ki, Budapeştin irəliləməsi, öz mövqelərini genişləndirməsi, müttəfiqlər toplaması və AB-ni təkmilləşdirməsi lazımdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın