Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin və sülhməramlıların olduğu son 4 hərbi nəqliyyat təyyarəsi Qazaxıstandan Rusiyaya uçub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya hərbi-nəqliyyat aviasiyasının göyərtəsində sülhməramlıların olduğu 4 təyyarə Qazaxıstan Respublikasının Nur-Sultan və Almatı hava limanlarından havaya qalxıb”, – deyə nazirliyin məlumatında bildirilir.

Məlumatda deyildiyi kimi, bu təyyarələrlə sülhməramlıların son bölmələri və general-polkovnik Andrey Serdyukovun rəhbərlik etdiyi sülhməramlı kontingentin komandanlığı Rusiyaya qayıdıb.

Bundan öncə Ermənistan Respublikası, Belarus Respublikası və Tacikistan Respublikasının sülhməramlı kontingenti Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə vətənə qayıdıb. Qırğızıstandan olan sülhməramlılar standart texnika və silahlarla kolonnanın tərkibində yürüş edərək vətənə qayıdıblar.

MƏNBƏRusiya Federasiyası Müdafiə Nazirliyi
Öncəki xəbərAlmaniyada koronavirusa rekord sayda sutkalıq yoluxma halı aşkarlanıb
Sonrakı xəbərTürkiyə FIFA DÇ-2022 üçün Qətərə 3250 nəfər təhlükəsizlik qüvvəsi göndərəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın