“Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin hərəkətləri səbəbindən ölkədə siyasi və iqtisadi durum pisləşir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Co Baydenin ABŞ-da vergiləri artırmaq qərarını “ölkə iqtisadiyyatının ölümü” adlandırmaq olar.

Keçmiş prezident qeyd edib ki, Baydenin fəaliyyətini müsbət dəyərləndirmək olmaz və onun 37 faizlik reytinqi belə çox şişirdilib.

Tramp miqrantları və zəif immiqrasiya siyasətini də qeyd edib və Baydenə görə ölkənin “cəhənnəmə yuvarlandığını” bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın