Almaniyada ötən sutka ərzində koronavirus (COVID-19) infeksiyasına rekord sayda – 112 min 323 yoluxma halı qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 8 milyon 186 min nəfəri keçib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Robert Xok adına Virusologiya İnstitutunun yanvarın 18-də yayımladığı məlumatda deyilir.

Həmçinin son sutka ərzində Almaniyada koronavirusdan 239 pasiyent ölüb və həyatını itirənlərin sayı 116 min 81 nəfərə çatıb. Ölkədə son yeddi gün boyunca əhalinin 100 min nəfərinə düşən yoluxma sayı 584,4 nəfərə çataraq yeni rekord müəyyənləşdirib.

Onu da bildirək ki, indi Almaniyada bir sıra karantin tədbirləri qüvvədə olsa da, pandemiyanın ilk üç dalğası zamanı qoyulan məhdudiyyətlərdən çox yumşaqdır. Bu tədbirlər əsasən peyvənd olunmayan vətəndaşlara aiddir. Onların restoranlara, teatrlara və konsertlərə girişi məhdudlaşdırılıb.

Eyni zamanda, dünyanın başqa ölkələrində də rekord sutkalıq yoluxma halları izlənilir. Belə ki, son 24 saat boyunca Fransada 464 min 769 nəfər, İtaliyada 228 min 179 nəfər, Braziliyada isə 132 min 254 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu ölkələrdə qeydə alınan sutkalıq yoluxma halları pandemiyanın başlanğıcındən sonra ən yüksək həddə çatıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın