Bu il Qətərdə keçiriləcək futbol üzrə FIFA Dünya Çempionatı-2022-də təhlükəsizliyin təmin edilməsi üçün Türkiyədən çevik qüvvələr, xüsusi təyinatlılar və bomba kəşfiyyatı üzrə mütəxəssislər göndəriləcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Al Jazeera telekanalının xəbərinə görə, 2022-ci ilin noyabr ayında keçiriləcək FIFA Dünya Çempionatı 2022-də (DÇ-2022) Türkiyə tərəfindən göndəriləcək 3250 nəfərlik heyət təhlükəsizliyi təmin edəcək.

Telekanalın məlumatına görə, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. O qeyd edib ki, Qətərə göndəriləcək təhlükəsizlik qüvvələri arasında 3000 çevik polis, 100 xüsusi təyinatlı, 50 nəfər operator və onların bomba axtaran kəşfiyyatçı itləri, 50 bomba mütəxəssisi və başqa heyət olacaq. Həmçinin Türkiyə tərəfi 677 nəfərdən ibarət Qətər təhlükəsizlik qüvvəsinə təlim keçib.

Ona da bildirək ki, 2022-ci il FIFA Dünya Çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Bununla ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsi qış aylarında keçirilmiş olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın