12 il sonra İngiltərənin “Mançester Yunayted” klubuna qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo (Cristiano Ronaldo) debüt oyununda iki qol vurub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İngiltərə Premyer Liqasının dördüncü turunda evdə “Nyukasl”ı qəbul edən “qırmızı şeytanlar” 4:1 hesablı qələbə qazanıblar.

Ronaldo birinci qolunu ilk yarıya artırılmış dəqiqədə vurub. Ulduz futbolçu növbəti dəfə oyunun 62-ci dəqiqəsində fərqlənərək komandasını irəli çıxarıb.

Bu qələbə ilə xallarını 10-a yüksəldən “ Mançester Yunayted ” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Ronaldo strikes as United hit Newcastle for four | Highlights | Manchester United 4-1 Newcastle
Öncəki xəbərAzərbaycan Ordusunun birləşmə, hissə və bölmələrində kompleks məşqlər keçirilir
Sonrakı xəbərBakıda “Üç Qardaş-2021” beynəlxalq təliminin təntənəli açılışı keçirildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın