İran İslam Respublikasının hakimiyyətinə bağlı mətbuat qurumları praktiki olaraq ermənilərin türklərə qarşı yalan iddialarının təbliğat orqanına çevriliblər.

YALAN.info bildirir ki, İranın Dövlət Teleradio Şirkətinə məxsus ingilisdilli “Press TV” kanalı 1915-ci il hadisələrində erməni ekstremist qruplarının yalan iddiası ilə bağlı paylaşım edərək bunu “soyqırımı” adlandırıb və Türkiyəni bu hadisəyə görə cavab verməyə çağırıb.

“Türkiyədə Osmanlı hakimiyyəti dövründə baş vermiş bu “soyqırımı” nəticəsində 1,5 milyona yaxın erməni öldürülüb”, – deyə paylaşımda iddia edilib.

Yada salaq ki, ötən aylarda erməni diasporu tərəfindən dırnaqarası erməni soyqırımı məsələsi şişirdilərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılıqlı olaraq arxivləri açmağı və bütün tarixi sənədləri nəzərdən keçirməyi təklif etsə də, erməni tərəfi bu təklifi qəbul etməyib. Bu bir daha sübut edib ki, “soyqırımı” adlandırdıqları şey sadəcə erməni və onlara hərtərəfli dəstək nümayiş etdirən İran hakimiyyətinin xülyasından başqa bir şey deyil.

Bununla yanaşı, İran hakimiyyətinə bildirmək yerinə düşər ki, gerçək soyqırımı görmək istəyirlərsə, bir əsr öncəsinə yox, elə 30 il əvvələ baxsınlar. Həmin vaxt Xocalıda günahsız müsəlmanların necə dəhşətli işgəncələrlə qətlə yetirildiyini görəcəklər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın