Turinin “Yuventus” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Instagram” sosial şəbəsində hər paylaşımına görə 1,35 milyon avro qazanır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı BBC məlumat yayıb.

Beş Avropa çempionatında iştirak edən ilk və yeganə futbolçu olmaqla yanaşı, həm də çıxış etdiyi bütün qitə birinciliklərində qol vuran və turnirdə ən çox qol vuran oyunçu kimi də adını futbol tarixinə yazdıran Portuqaliyalı “Instagram” sosial şəbəkəsinin də ən dəyərli hesabına sahibdir. Belə ki, Kriştiano Ronaldo “Instagram”da izləyicilərinin sayını 300 milyona çatdıran ilk şəxsdir.

Həmçinin ən dəyərli hesablar siyahısında 219 milyon izləyici ilə Lionel Messinin də adı var. Argentinalı siyahıda yeddinci pillədədir və hər paylaşıma görə 0,93 milyon avro qazanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın