Keçmiş UFC çempionu Konor Makqreqor (Conor McGregor) Dağıstanlı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun (Khabib Nurmagomedov) onunla döyüşməkdən qorxduğunu deyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Makqreqor ESPN-ə müsahibəsində danışıb:

“Mənimlə döyüşməkdən qorxur. Buna dəhşətli dərəcədə əminəm. Ancaq onu günahlandırmıram. O gecə mən onun ən yaxşı, o isə mənim ən pis versiyamla mübarizə apardı”.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Makqreqor Nurməhəmmədovu fenomenal döyüşçü adlandırıb.

Əlavə olaraq bildirək ki, 2018-ci ilin oktyabrında irlandiyalı və rusiyalı arasındakı döyüş dördüncü turda Nurməhəmmədovun qələbəsi ilə sona çatmışdı.

Öncəki xəbərAzər Maqsudov Azərbaycanda insanların ən çox nədən zəhərləndiyindən danışıb
Sonrakı xəbərRusiyaya qayıdan bloqer Aleksey Navalnıy Moskva aeroportunda tutuldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın