Mən dəfələrlə demişəm ki, Ermənistan revanşizmlə yaşayan ölkədir. O, sakitləşməyəcək, sülh müqaviləsini imzalamayacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında israilli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Ermənistanın dünənki təxribatlarını şərh edərkən deyib:

“Ermənistan yalnız qan, münaqişənin davam etdirilməsi və dərinləşməsini istəyəcək. Bundan başqa, o, Rusiyanın sülhməramlılarını da bu işə cəlb etməyə və Qarabağdakı itirilmiş torpaqları, heç olmasa, qismən də olsa, geri qaytarmağa çalışacaq”.

Ekspert Ermənistanı başsız ilanla müqayisə edib: “Bu ölkə başı kəsilmiş ilan kimidir və bu baş son nəfəsində belə öldürmək niyyətində olacaq. Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır. Bir tərəfdən başı kəsildi, digər tərəfdən isə bu baş sancmağa və hər alçaqlıq etməyə qadirdir”.

Onun sözlərinə görə, Ermənistan bir il öncə imzaladığı üçtərəfli bəyanata əməl etməyib, Azərbaycanın həm hərbi, həm də mülki obyektlərinə atəş açmaqla özünü terrorçu təşkilat kimi aparır:

“Bizə, israillilərə bu mənzərə çox tanışdır. Bu barədə köhnə deyimimiz var ki, terrorçularla heç bir müqavilə imzalamaq mümkün deyil, çünki onlar ona riayət etməyəcəklər”.

Düşmənlə apardığı ədalətli müharibədə Azərbaycan xalqına sülh və uğurlar arzu edirəm”, – deyə M.Finkel vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın