ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison (Kay Bailey Hutchison) Dağlıq Qarabağ probleminin Azərbaycanın sərhədləri və suverenliyi çərçivəsində çözülməli olduğunu bəyan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı məlumat “Vestik Kavkaza” portalında yayılıb.

“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ABŞ və Rusiyanın etdiklərini, yəni Dağlıq Qarabağdakı qarşıdurmanı dayandırmağa çalışır”, deyə Key Beyli Hatçison vurğulayıb.

K.B. Hatçison problemin otuz ildir ki, irinlədiyini deyib.

“ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsində nə qaytarmaq istəyir”, deyə ABŞ-ın NATO-dakı səfiri söyləyib.

ABŞ-ın NATO-dakı səfirinin sözlərinə görə, bu zaman problem çözülə bilər və münaqişə sona çatacaq.

“Hər iki tərəflə şiddəti və qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq”, – deyə o, bildirib.

“Bu məsələ hərbi münaqişə ilə həll edilə bilməz, sərhədlər və suverenlik daxilində həll edilməlidir. Bu, bizim çalışdığımız məqamdır, Rusiya da Fransa ilə eyni məsələdə israr edir”, – ABŞ-ın NATO-dakı səfiri fikrini tamamlayıb.

Öncəki xəbərAvropa Birliyi Gürcüstanı güvənli ölkələr siyahısından çıxardı
Sonrakı xəbərKonstantin Zatulin: Ermənilərin Rusiyaya nə etməli olduğunu deməsini eşitməkdən bezmişik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın