Ermənistanı tez-tez dəstəkləyən rus siyasətçi Konstantin Zatulin təcavüzkar ölkənin yeni rəhbərliyinin Rusiyanın indiki durumda hansı hərəkətləri etməsi ilə bağlı verdiyi təlimatlara qəzəbli qarşılıq verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı K.Zatulin Ermənistanın “Hraparak” qəzetinə verdiyi müsahibəsində deyib.

“Mənim mövqeyimi bilirsiniz – mənə ermənipərəst deyirlər və başqa. Ancaq sizə birbaşa demək istəyirəm ki, biz ermənilərdən Rusiyanın nə etməli olduğunu eşitməkdən bezmişik. Özünüz nəsə edin. Ancaq Ermənistan indi nə edə bilər ki?!”, deyə o sualla müraciət edib.

“KTMT? Qulaq asın, əgər Ermənistan KTMT üzvü kimi maraqlarının pozulduğunu hesab edirsə, onda KTMT-yə müraciət edin. Bəs Ermənistan nə edir? Niyə müraciət etmir?

Çünki Ermənistan hökuməti Rusiyaya yardım üçün müraciəti elə etməlidir ki, Allah eləməsin, birdən Qərbdəki dostları inciyər. Kimə güvənə biləcəyinizi anlamalısınız. Qərar verməlisiniz. Rusiyanın bu durumu həll etməyə çalışması normal deyil. Ermənistan siyasi baxımdan parçalanmış durumdadır”.

Zatulin erməni müxbirə bildirib ki, “Baş naziriniz özünü elə göstərir ki, keçmiş prezidenti, ya da fraksiya rəhbərini həbsdə saxlayaraq ölkəni idarə etməyə davam edəcək. Məgər belə vuruşmaq olar?”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın