Amerikalı iş adamı və milyarder İlon Mask (Elon Musk) bildirib ki, miqrasiya problemlərinə görə ABŞ cinayətkarların sığınacağına çevrilib.

YALAN.info bildirir ki, bununla bağlı o, özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

İlon Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini sərt tənqid edib. “Şəxsiyyəti təsdiq edən sənədləri (istənilən ölkənin) atmaq, cənub sərhədini keçmək və “sığınacaq” tələb etməyin mümkünlüyü ABŞ-ni dünyanın ən təhlükəli cinayətkarlarının sığınacağına çevirib!” – deyə Mask bildirib.

Yada salaq ki, daha öncə Mask ABŞ hakimiyyətini qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın