28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günündə 2017/18 Azərbaycan Kubokunun final qarşılaşmasında Keşlə Futbol Klubu Qəbələni udaraq ilk dəfə kuboka yiyələnib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, mövsümün son görüşündə Keşlə FKQəbələ İK ölkə kubokunun finalında üz-üzə gəliblər. Oyundan öncə keçirilən açılışda tanınmış müğənni Seeya öz mahnılarını oxuyub.

Qebelede “Papito” Shou

Oyuna gəlincə, Qəbələ şəhər stadionunda keçirilən görüşdə “Keşlə” meydan sahiblərinə 1-0 hesabı ilə qalib gəlib. Yeganə qolu 71-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub. 89-cu dəqiqədə isə “Qəbələ”nin müdafiəçisi İlqar Qurbanov qırmızı vərəqə ilə meydandan qovulub.

Azərbaycan Kuboku 2017/2018, final, “Keşlə” 1-0 “Qəbələ” Geniş icmal

Beləliklə, “Keşlə” bu qələbə ilə tarixində ilk dəfə bu turnirin qalibi olub. Qəsəbə komandası bu zəfərlə həm də UEFA Avropa Liqasında Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Keşlə FK ilk dəfə Azərbaycan Kubokunu qazandı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın