Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibə verib. 

YALAN.info bildirir ki, Britaniya XİN başçısı müsahibəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla söhbətinə toxunub: 

“Biz İrana mümkün qədər aydın mesaj göndərməliyik ki, onlar proksi gücləri vasitəsilə etdiklərinin qəbuledilməz olduğunu bilsinlər. Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla söhbət etdim. Dedim ki, proksi güclər sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və sonda onların etdiklərinə görə cavab verəcəksiniz”, – Kemeron vurğulayıb. 

Devid Kemeron: “Zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir”

“Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir”, – Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron müsahibəsində bildirib.

“Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, – deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib.

Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir: “Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-ın indiki prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər. İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın