“Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

YALAN.info bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edib. 

Qarşılaşmanın ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. Daha sonra “köhlən atlar” təşəbbüsü ələ alıb. 13-cü dəqiqədə Kadi Borgesin zərbəsindən sonra top qapının yanından keçib. Ardınca Marko Veşoviç və Qara Qarayevin zərbələrində dəqiqlik çatmayıb.

23-cü dəqiqədə Pirey təmsilçisinin heyətində Andreas-Rixardos Ntoi fərqlənməyə yaxın olsa da, çərçivəyə düşə bilməyib. 38-ci dəqiqədə qonaqların hücumçusu Abubakar Kamaranın qapı önünə asmasından sonra top dirəyə dəyib. 44-cü dəqiqədə Pyer Kundenin fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk yarı qolsuz heç-heçə ilə başa çatıb. 

“Qarabağ” ikinci yarıya da daha fəal başlayıb və topa nəzarət edən tərəf olub. “Olimpiakos” ara-sıra hücumlar yaratsa da, istəyinə çata bilməyib. İlk yarının əvvəlində ayağından zədə alan Kadi Borges 62-ci dəqiqədə Filip Ozobiçlə əvəzlənib. 5 dəqiqə sonra Qara Qarayevin uzaq məsafədən zərbəsi dəqiq alınmayıb. Ozobiç 71-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, şansı boşa verib. “Köhlən atlar” oyunun sonlarına yaxın hücumlarının kəsərini artırsa da, rəqib qapısına yol tapa bilməyib. 

“Qarabağ” (Azərbaycan)-“Olimpiakos” (Yunanıstan) – 0:0

Qarabag 0:0 Olympiacos | UEFA Avropa Liqası, 4-cü tur | İCMAL

Beləliklə, rəqibi ilə qolsuz heç-heçəyə qalan “Qarabağ” FK xallarının sayını 7-yə çatdıraraq qrupda 3-cü yeri və bununla da UEFA Konfrans Liqasının pley-offuna çıxışı edib. Ağdamlılara qrupda 2-ci yeri tutmaq üçün Fransada “Nant” klubundan 1 xal alması yetərli olacaq. Oyun oktyabrın 27-də Beaujoire stadionunda baş tutacaq.

Qrupun digər görüşündə Almaniya “Frayburq”u Fransada “Nant”a qalib gəlib – 4:0. 12 xalı olan Bundesliqa təmsilçisi ən azı ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” 7 xalla ikinci, “Nant” 3 xalla üçüncü, “Olimpiakos” 1 xalla sonuncu yerdədir. 

UEFA Avropa Liqası, G qrupu, Turnir Cədvəli (3-cü turdan sonra)

# KomandaOQHMVBTFXAL
1 Freiburg44001111012
2 Qarabag FK42117257
3 Nantes4103210-83
4 Olympiacos401318-71

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın