Tanınmış amerikalı aktyor Conni Deppi (Johnny Depp) məişət zorakılığında ittiham edən keçmiş həyat yoldaşı, aktrisa Ember Hördün (Amber Heard) yalanı üzə çıxıb.

“Daily Mail” dərgisinin məlumatına görə, aktrisanın şikayətindən sonra cütlüyün Los-Ancelesdəki evinə gedən polis əməkdaşları mənzildə və Hördün üzərində hər hansı bir zorakılıq əlaməti olmadığını bildiriblər.

Polislərin döş nişanlarındakı kameraların görüntüləri də onların dediklərini təsdiq edib.

Qeyd edək ki, ötən il Ember Hörd “The Sun” dərgisinə Conni Depplə birgə ailə həyatı zamanı 14 məişət zorakılığı olayının yaşandığını bildirib. Aktyor tabloidi məhkəməyə versə də, uduzub. Məhkəmə aktrisanın ifadələrinə inanıb. İndi isə onların yalan olduğu və Deppin şərləndiyi üzə çıxıb.

Öncəki xəbərAvropa Birliyi Şurasının sədri Şarl Mişel: Gürcüstan hakimiyyəti müxalifət ilə anlaşdı
Sonrakı xəbərErmənistan prezidenti Paşinyanın Seçki Məcəlləsi ilə bağlı başlatdığı dəyişiklikləri imzalamadı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın