Fevralın 24-dən martın 4-dək Rusiyanın hücumu nəticəsində Ukraynada 24 uşaq ölüb, 64-ü yaralanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, UNIAN-ın məlumatına görə, bununla bağlı Ukrayna Prezident Ofisindən bildirilib.

Ukrayna Prezidentinin uşaqların hüquqları və reablitasiyası üzrə səlahiyyətli nümayəndəsi Darya Gerasimçuk məsələ ilə bağlı deyib: “Doğum evləri, uşaq bağçaları, məktəblər dağıdılıb. Yarım milyona yaxın uşaq atəş altında və mühasirə vəziyyətində olan ərazilərdədir. Onların arasında valideyn himayəsindən məhrum olanlar və sosial yardıma ehtiyacı olanlar da var”.

İndi Ukraynanın bir sıra şəhər və kəndləri humanitar fəlakət ərəfəsindədir. Bu qəsəbələrdə ərzaq, su, dərmanlar çatışmır, işıq və mərkəzləşdirilmiş su təchizatı yoxdur. Minlərlə insan təxliyə edilməlidir. Bununla bağlı Ukrayna Prezident ofisinin mətbuat xidməti məlumat yayıb:

“Ukrayna dövləti Beynəlxalq Qızıl Xaç Komitəsindən təcili olaraq humanitar dəhlizlərin yaradılması üçün gərəkli tədbirlərə başlamağı xahiş edir və öz tərəfdən mülki əhalinin təxliyəsi və humanitar yardımların çatdırılması üçün lazım olan hər şeyi etməyə hazırdır”.

İndi bu yaşayış məntəqələrində humanitar dəhlizlər yaradılmalıdır: Sumi (Sumi, Şostka, Romnı, Konotop, Axtyrka istiqamətləri), Çerniqov (Çerniqov vilayətinin şərq və şimal hissələri), Xarkov (cənub-şərq hissəsi istisna olmaqla, bütün bölgə), Kiyev (Buça, İrpin, Vışqorod, İvankov) qəsəbələri, Vasilkov, Borodyanka), Nikolayev (Baştanskoe, Snigirevskoe, Berezneqovatskoe istiqamətləri), Zaporojye (Tokmatskoe, Berdyansk, Velykobelozerskoe istiqamətləri), Xerson (Çaplynka, Kalançak, Genicheskoe və Novokakhovskoe (Donnovsk rayonu) və b.

“Ukrayna beynəlxalq təşkilatlara ən zəruri olanların çatdırılması və mülki əhalinin təxliyəsi üçün xüsusi dəhlizlərin yaradılması üçün bütün lazımi sorğular göndərib. Təəssüf ki, bundan qabaq Rusiya tərəfinin razılığı olmayıb. Ukrayna və Rusiya arasında danışıqların ikinci raundundakı anlaşma bizə ümid verir ki, biz nəhayət öz vətəndaşlarımıza kömək edə biləcəyik”, – Baş nazirin Avropaya inteqrasiyası üzrə vitse-prezidenti Olqa Stefanışin bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın