Avropa Birliyinin (AB) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell avqustun 18-də Serbiya Prezidenti Aleksandr Vuçiç və tanınmamış Kosovonun Baş naziri Albin Kurtini Brüsselə dəvət edib.

YALAN.info bildirir ki, bununla bağlı AB rəsmisi Jozep Borrell öz “Twitter” hesabında yazıb.

“Mən Serbiya Prezidenti Vuçiçi və Kosovonun baş naziri Kurtini avqustun 18-də Brüsselə çağırıram. Məqsəd Priştina və Belqrad arasında danışıqların irəliləməsi yollarını müzakirə etməkdir”, – deyə o, paylaşım edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın