Ermənistan Respublikasının parlamenti ikinci turda Vaaqn Xaçatryanı prezident seçib. Onun namizədliyinin lehinə 71 deputat səs verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezidentliyə yeganə namizəd Yüksək Texnologiyalar Sənayesi naziri Vaaqn Xaçatryan “Vətəndaş sazişi” fraksiyasının nümayəndələrinin səsi ilə yetərsay toplaya bilib.

Müxalif “Mənim şərəfim var” və “Ermənistan” fraksiyaları namizədin müzakirəsini boykot edib. İlk turda qələbə qazana bilməsi üçün 81 səs tələb olunsa da, Vaaqn Xaçatryan 69 səs toplayıb.

İkinci turda namizədin qələbə qazanması üçün 65 səs tələb olunurdu. Hakim “Vətəndaş sazişi” Partiyasının parlamentdə 71 yeri vardır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın