ABŞ prezidenti Co Bayden Aleksey Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib.

YALAN.info bildirir ki, bununla bağlı Amerika Birləşmiş Ştatlarının lideri San-Fransiskoda Yuliya və Darya Navalnı ilə görüşündən az sonra məlumat verib.

“Mən onun həyat yoldaşı və qızı ilə görüşmək və onun (Navalnıyın) inanılmaz cəsarətli insan olduğunu söyləmək şərəfinə nail oldum. Sabah onun ölümünə görə məsuliyyət daşıyan Putinə qarşı sanksiyalar elan etməyi planlaşdırırıq”, – deyə Bayden bildirib.

O, əlavə edib ki, görüşdən sonra ona məlum ki, Navalnının dul arvadı mübarizəni davam etdirəcək. “Biz təslim olmuruq”, – deyə ABŞ prezidenti nitqini yekunlaşdırıb.

Onu da bildirək ki, Aleksey Navalnının koloniyada öldüyü bilindikdən sonra Bayden bəyanat yayaraq, siyasətçinin ölümünə görə Vladimir Putinin cavabdeh olduğunu bildirib.

Yada salaq ki, Rusiya Ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra ABŞ, Böyük Britaniya və Avropa Birliyi Putinə qarşı şəxsi sanksiyalar tətbiq edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın