Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı və loqotipi dəyişdirilib.

YALAN.info bildirir ki, federasiyadan verilən məlumata görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytının da yaxın günlərdə istifadəyə veriləcəyi bildirilib.

Yada salaq ki, federasiyanın rəhbəri Müdafiə sənayesi naziri Mədət Quliyevdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın