Hülya Avşar yalnız olmasının səbəbini açıqladı: Mən sapioseksualam

Uzun sürən aradan sonra “Masumiyet” serialı ilə ekranlara qayıdan türkiyəli aktrisa Hülya Avşar sevgi həyatı ilə bağlı düşüncələrini paylaşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, TV100 məlumatına görə, ulduz aktrisa uzun zamandır sevgilisinin olmamasının səbəbinə aydınlıq gətirib:

“Ya ehtiyac duyursan deyə necə gəldi yaşamalısan, ya da qarşına normal biri çıxana qədər gözləməlisən. Həm də ki, mən çox öyrəşmişəm, sərbəstlik çox gözəl bir şeydir. Azadlıq dünyanın ən böyük xoşbəxtliyidir”.

Avşar vurğulayıb ki, qarşısına ona uyğun biri çıxarsa flört edə, həyatı yaşaya bilər:

“Qızımı böyütmüşəm. Hərkəsin özünə görə bir həyatı var. 

Qadının güclü olması gözəldir, ancaq kişi də güclü olmalıdır. Mən onsuz da sapioseksualam (xarici görünüşdən çox intellektual səviyyəyə heyranlıq). Qətiyyətlə ağıl tərəfdarıyam. Zəka mənim üçün böyük gücdür. Bunların hamısına sahib insan olarsa, mənə xəbər verin”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir