Karib dənizindəki Barbados ada dövləti rəsmi olaraq respublika oldu. Eyni zamanda oktyabrda seçilən ölkə Prezidenti Sandra Meyson da vəzifəsinin yerinə yetirməyə başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Böyük Britaniya kraliçası II Elizabet bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq.

Mərasim Barbados hökumətinin saytında yayımlanıb. Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz mərasimin qonağı olub.

Mərasimdə iştirak edən Barbados əsilli müğənni Rihanna ana vətəninin Milli Qəhrəmanı adına layiq görülüb. Bunu Barbadosun Baş naziri Mia Mottli bildirib.

“Bir millət və qürurlu xalq adından sizi – səfirimiz Robin Rihanna Fentini Barbadosun Milli Qəhrəmanı elan edirik. Almaz kimi parlamağa və ölkənizin qüruru olmağa davam edin”, – deyə o, respublikanın elan edilməsi mərasimində dünya şöhrətli müğənniyə bildirib.

Qeyd edək ki, Rihanna 2018-ci ildən Barbadosun ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.

Xatırladaq ki, sentyabrın sonunda Barbados Assambleya Palatası (parlamentin aşağı palatası) konstitusiyaya edilən düzəlişləri yekdilliklə dəstəkləyib. Yeni düzəlişlərə uyğun olaraq, Böyük Britaniya kraliçası II Elizabet bundan sonra Karib hövzəsi ölkəsinin başçısı olmayacaq. Yerli siyasətçilər bunu ölkəni Böyük Britaniya ilə birləşdirən “göbək bağını kəsmək” kimi dəyərləndiriblər.

Barbados Böyük Britaniyanın rəhbərlik etdiyi birlik daxilində müstəqil dövlətdir. Ada respublika elan edildikdən sonra da birliyin tərkibində qalacaq.

Barbados declares Rihanna a national hero during republic ceremony

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın