Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibə verib.

YALAN.info bildirir ki, müşavir müsahibəsində Ukrayna-Rusiya müharibəsinin gedişi, Qərb ölkələrinin ölkəyə yardımı, “Taxıl dəhlizi”, ölkənin Avropa Birliyinə üzvlüyü və Azərbaycan-Ukrayna əməkdaşlığından danışıb.

– Rusiya ilə müharibənin ikinci ili tamam olur. Əldə olunan nəticələrdən razısınızmı?

 Təbii ki, razı qalmaq mümkün deyil, çünki əslində iki ildir görülən işi davam etdirmək lazımdır. Əlbəttə, taktiki uğurlar var. Elə şeylər var ki, onlar həyata keçməyib. Məsələn, qurudan hücum əməliyyatları baxımından bəzi nəticələri əldə etmək mümkün olmayıb. Buna baxmayaraq, Ukraynaya investisiyaların davam etdirilməsinin zəruriliyini göstərən yaxşı nəticələr var. Mən ilk növbədə Qara dənizdəki hadisələrdən danışıram. Orada Rusiyanın üstünlüyü yoxdur. Məlum oldu ki, Rusiya Qara dəniz donanmasının çox güclü, qorxulu bir şey olduğunu deyəndə daha çox blef edirmiş.

– “Taxıl dəhlizi” ilə bağlı durum nə yerdədir?

 Bu dəhliz səmərəli işləməkdə davam edir. Rusiya ilə heç bir anlaşma olmadan 8 milyon tondan çox yük daşınıb. Müharibə ilə bağlı bir məqamı qeyd edim ki, Krımın alınmaz qala kimi effektiv şəkildə müdafiə olunduğu barədə hekayənin də doğru olmadığı ortaya çıxdı. Biz il boyu Krımda bütün hərbi və tranzit dəhlizlərə, logistika mərkəzlərinə və hərbi bazalara təsirli zərbələr endirdik. Düşünürəm ki, bu, davam edəcək. Yəni, kobud şəkildə desək, bu, cənubda strateji uğurdur. Bu onu göstərir ki, Rusiya çoxlarının düşündüyü qədər güclü deyil.

Düzgün texnoloji həllər və bu, indi üzərində işlədiyimiz məsələlərdir. Hərbi istehsalın və hərbi təchizatın miqyasını artırmaq üçün düzgün texnoloji həllər daha çox nəticələr əldə etməyə imkan verəcəkdir. Üçüncü komponent müsbətdir, ukraynayönümlü koalisiyanın qalmasıdır. O, daxili müzakirələrə, Rusiyanın genişmiqyaslı cəhdlərinə baxmayaraq, dağılmadı. Ukrayna yenə də daxili müzakirələrə baxmayaraq, bu müharibədə uğur qazanmağa davam etməyə hazırdır. Çünki bizim üçün müharibədə uğur təbii ki, ərazinin işğaldan azad edilməsi və ya daha geniş desəm, Rusiya Federasiyasında mövcud olan rejimin transformasiyadır.

Bundan başqa, iki məsələyə bir az da diqqət yetirək. Birincisi, Ukraynanın Avropa Birliyinə (AB) daxil olması ilə bağlı danışıqlar prosesinin əvvəlində verilən qərardır. Bu, çox önəmlidir, çünki bu yolla Ukraynaya açıq-aydın bildirilib ki, sən Avropa ailəsinin üzvüsən, sənin Rusiya ilə heç bir əlaqən yoxdur. Bu, Rusiyanın özünün mənəviyyatını itirməsində əlavə amildir.

İkinci komponent odur ki, iqtisadiyyat müharibəyə baxmayaraq, Ukraynada kifayət qədər sabitdir. Baxmayaraq ki, bəzi sənaye regionları hərbi əməliyyatların aparıldığı ərazidədir. Rusiyanın təkcə Qara dənizdə deyil, tranzit dəhlizlərimizi məhv etmək cəhdlərinə baxmayaraq, iqtisadiyyat möhkəmləndi, inflyasiya aşağı səviyyədə kifayət qədər idarə olunur, milli valyutanın sabitliyi ümumiyyətlə bu müharibənin fenomenidir. Bu dəhlizin işləməsi baxımından orada Rumıniya, Bolqarıstan və Türkiyə iştirak edir. O, sahilə bir az yaxındır, 4-4,5 aydır səmərəli işləyir. Xarici bazarda məhsul satmaqda bizə fəal kömək edir. Çünki büdcə gəlir tələb edir.

– Belə bir fikir var ki, Avropa Birliyində Ukraynaya yardımla bağlı ziddiyyətlər var. Bu barədə nə düşünürsünüz və AB-nin yardım səviyyəsindən razısınızmı?

 Bu, Rusiyanın yaydığı əsas siyasi mesajlardan biridir. Onlar deyir ki, Ukrayna bizim tərəfdaşlarımızın köməyindən məhrum olacaq. Təbii ki, Ukrayna öz istehsalına, o cümlədən hərbi istehsala pul qoyur. Bu, iqtisadiyyatı canlandırır. Yeri gəlmişkən, bu il iqtisadiyyat inkişaf edib. Buna uyğun olaraq, təbii ki, biz öz gücümüzlə pul qazanmağa çalışacağıq, çünki bir daha vurğulayıram, biz ancaq ordunu saxlamaq üçün öz büdcəmizi xərcləyə bilərik.

Tərəfdaşlarımız Ukraynada mövcud olan sosial proqramları dəstəkləmək üçün maliyyə yardımı göstərirlər. Təəssüf ki, onların bəzən dəstəyə, tərəfdaşın maliyyə dəstəyinə ehtiyacı olur. Nəzərə çatdıraq ki, birincisi avropalı tərəfdaşlarla əlaqələrimiz baxımından dəstək proqramlarında ciddi artım var. Ayrı-ayrı ölkələrin milli hökumətləri hərbi paketlər və maliyyə yardımı üçün büdcələrini artırırlar.

Almaniya, Niderland, İsveç, Danimarka, Norveç, demək olar ki, bütün ölkələr birbaşa hərbi və maliyyə yardım paketlərini tədricən artırırlar. Məsələn, 2023-də bu paketlərdə 200-dən 600 milyon avroya qədər məbləğlər var idisə, indi məbləğlər milyardlarla avro ilə hesablanır. Bir daha vurğulamaq istərdim ki, biz Avropa ölkələrinin milli hökumətlərindən Ukraynaya birbaşa hərbi və maliyyə yardımının artdığını görürük.

İkincisi, blokada haqqında dedikləriniz kiminsə yaratdığı problem deyil. AB-nin 27 üzvü var və bir fenomenal üzv var ki, o da Macarıstandır. Viktor Orban hesab edir ki, AB-nin mümkün qədər zəif olması üçün hər şeyi etmək lazımdır. Biz Macarıstanla dialoqu davam etdirməliyik. Belə ki, korporativ qərara gəlincə, bu, ikinci yardımın ayrılmasıdır – 50 milyard yardım, məhz sosial proqramlara gedir. Düşünürəm ki, qərar yanvar ayında qəbul olunacaq, çünki təşkilatın üzvləri birmənalı şəkildə Ukraynaya dörd illik yardım proqramının davam etdirilməsinin zəruriliyini dəstəkləyir.

V.Orbanla AB, Avropa Komissiyası səviyyəsində dialoqlar aparılacaq. Ukraynaya yardımın qarşısını almaq cəhdinin olduqca qəribə cəhdlərinə dair müzakirələr aparacağıq. Nəhayət üçüncü bənddə gəlincə, bu, ABŞ-dəki müzakirələrlə bağlıdır. Bəli, Respublikaçılar və Demokratlar partiyaları arasında bu istiqamətdə çox çətin müzakirələr gedir. Buraya miqrasiya siyasəti daxil olmaqla, daxili gündəmdə olan məsələlər təsir edir.

Təəssüf ki, buna xarici siyasət məsələləri də daxil edilib. Söhbət Ukrayna, İsrail və Tayvana yardımlardan gedir. Buna səbəb hər iki partiyanın yeni seçkilər mövsümü üçün başlanğıc mövqelərini hazırlayırlar. Əlbəttə ki, bu da Ukraynaya yardım məsələsinə təsir göstərir. Lakin başa düşdüyüm qədər, özəlliklə də cənab Zelenskinin ABŞ-a səfərindən sonra bu ölkədə Ukraynaya yardıma dair aydın, hər iki partiyanın qəbul etdiyi yanaşma var.

– Sizcə, bu yaxınlarda rəsmi danışıqların başlaması fonunda Ukrayna və Moldovanın AB-yə daxil olma ehtimalı nə dərəcədə yüksəkdir?

 Hesab edirəm ki, bu, konkret yoldur. Bu, həyata keçirilməli olan islahatlarda çox aydın şəkildə ifadə olunub. Ukrayna isə hətta hərbi əməliyyatlara baxmayaraq, bir sıra sektorlarında islahatlar aparır. Buraya ilk növbədə, məhkəmə, hüquq-mühafizə və xüsusi xidmət orqanlarındakı islahatlar daxildir. Əlbəttə ki, bu çərçivədə korrupsiyaya qarşı mübarizə də aparılır.

Ukrayna bu gün müəyyən iqtisadi sahələrin tənzimlənməsi istiqamətində fəal işləyir. Qeyd etmək istərdim ki, Moldovada da eyni şəkildə geniş işlər görülür. Düşünürəm ki, müharibə düzgün istiqamətdə yekunlaşarsa, yəni bu müharibə ədalətin bərqərar olması ilə başa çatarsa – bu, yalnız Rusiyanın məğlubiyyəti ilə ola bilər – bu, Ukraynanın quruma üzvlüyünü, ölkələr və tərəfdaşlarla müzakirə prosedurlarının kəskin şəkildə sürətlənməsinə səbəb olacaq.

Düşünürəm ki, Avropa Birliyinin 27 üzv ölkəsinin böyük əksəriyyəti Ukrayna və Moldovanın nəhayət təşkilata qoşulması üçün son dərəcə maraqlı olacaq və danışıqlar prosesində fəal iştirak edəcək. Fikrimcə, bu, mümkün qədər müsbət, sürətli prosesdir. Təəssüflər olsun ki, heç də bütün ölkələr bu yolu tez keçməyib və danışıqlar prosesini kifayət qədər uzun müddət davam etdiriblər.

– Bu yaxınlarda Azərbaycandan Ukraynaya elektrik kabelləri və naqillərin gətirilməsi enerji problemlərinin həllinə nə dərəcədə kömək edib? Bu sahədə başqa hansı ehtiyaclar qalır?

– Təbii ki, ölkələrin kritik infrastruktura, özəlliklə enerji infrastrukturuna hücumla bağlı yaranan humanitar və ya sosial riskləri başa düşmələri bizim üçün çox önəmlidir. Bəli, bu il Ukraynanın bütün müdafiə sistemi fərqli şəkildə qurulub. Raket və zenit sistemlərinin sayı artırılıb. Əlbəttə, bizim ötən il kritik infrastruktura edilən hücumları dəf etmək təcrübəmiz var ki, bu da bizə həm dinamik, həm də stasionar müdafiə qurmağa imkan verir. Ancaq burada çox vacib olan məqam tədarük olunan komponentlər baxımından başqa ölkələrin yardımıdır. Buraya təkcə generatorlar, elektrik kabelləri daxil deyil. Azərbaycan da bu istiqamətdə bizə fəal yardım göstərib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın