Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda U-23 Dünya Çempionatının final görüşündə İran təmsilçisi Məhəmməd Cavad Rezayə 3:2 hesabı ilə qalib gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 67 kq-da mübarizə aparan idmançımız Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanmışdı.

Azərbaycanın yunan – Roma güləşçisi mükafatlandırılıb

Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi Ülvi Qənizadə bürünc medal görüşünü keçirib. 72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada İranlı Amir Abdi ilə üz-üzə gəlib.

İlk yarıdan sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geridönüş edərək sonda qələbə qazanıb – 12:7.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Ötən gün Nihad Quluzadə (55 kq) dünya üçüncüsü olub. Bu, yığmanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərPrezident Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyi qəti və dəyişməzdir
Sonrakı xəbərQurban Qurbanov və Qara Qarayev Kayrata qarşı oyundan qabaq mətbuat konfransı keçirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın