Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda U-23 Dünya Çempionatının final görüşündə İran təmsilçisi Məhəmməd Cavad Rezayə 3:2 hesabı ilə qalib gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 67 kq-da mübarizə aparan idmançımız Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanmışdı.

Azərbaycanın yunan – Roma güləşçisi mükafatlandırılıb

Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi Ülvi Qənizadə bürünc medal görüşünü keçirib. 72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada İranlı Amir Abdi ilə üz-üzə gəlib.

İlk yarıdan sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geridönüş edərək sonda qələbə qazanıb – 12:7.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Ötən gün Nihad Quluzadə (55 kq) dünya üçüncüsü olub. Bu, yığmanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın