Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron (Brigitte Macron), trans olması ilə bağlı internetdə yayılan söz-söhbətlərə görə hüquq-mühafizə orqanlarına şikayət edəcək. Ancaq o, hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Bildirilir ki, ultrasağ siyasi qüvvələrin tərəfdarları Fransa liderinin həyat yoldaşının cinsiyyətinin dəyişdirilməsindən şübhələnib və sosial şəbəkələrdə bu mövzuda aktiv yazılar yayımlamağa başlayıb. Nəşrlər həftə boyunca paylanıb.

Özəlliklə, şayiə müəllifləri Bricit Makronun “Jan-Mişel Tronye” (Jean Michel Trogneux) kişi adı ilə doğulduğunu iddia edirlər. Qeyd olunur ki, Tronye prezidentin xanımının qızlıq soyadıdır.

Fransız mediası iddianın izinə düşə bildikləri deyilən “Faktlar və Sənədlər” nəşrində ortaya çıxdığını söyləyir. Ancaq bu bazar ertəsinə qədər iddialar sosial mediada dolaşmağa başladı. Numerama xəbər saytının məlumatına görə, Twitter-də #JeanMichelTrogneux hashtagı ilə iddiaları paylaşan toplam 34 min yazı var.

Sosial media istifadəçiləri iddialara “sübut” kimi başqa şeylərlə yanaşı, Bricit Makronun gənclik illərində çəkilmiş şəkillərinin azlığını, eləcə də onun “boynunu gizlətmək” iddiasını göstərirlər.

Hekayədə əsas ad üç ildir Bricit Makronun keçmişini araşdırdığını iddia edən jurnalist Natacha Reydir. Bu yaxınlarda verdiyi müsahibədə Rey birinci xanımın kişi doğulduğunu doğrulayan sənədləri əldə edə bildiyini və bu “sübutun” “möhürlənmiş zərfdə, vəkilin nəzarətində” olduğunu söylədi.

Fransa mediası bildirir ki, son bir həftə boyunca 68 yaşlı birinci xanıma həsr olunmuş Wikipediya məqaləsinə düzəliş etmək üçün bir neçə çalışma olub. İstifadəçilər onun doğulanda adının Jan-Mişel Tronye olduğunu iddia edirlər. Nəticədə, bu cür dəyişikliklərin qarşısını almaq üçün səhifə “yarı qorunan” statusa salınıb.

Əslində Bricit Makron bu cür söz-söhbətlərin hədəfində olan yeganə birinci xanım, ya da qadın dövlət başçısı deyil. Məsələn, hələ 2017-ci ildə mühafizəkar radio şousunun aparıcısı və InfoWars veb-\saytının arxasında duran şəxs Aleks Cons ABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı Mişel Obamanın “çox böyük penisi var” və eyni zamanda “kişiyə bənzədiyini” iddia etmişdi.

Eynilə, Yeni Zelandiyanın baş naziri Casinda Ardernin də transgender olduğu iddiaları var.

Bununla belə, qeyd etmək lazımdır ki, bu şayiələrin heç biri heç vaxt sübut olunmayıb, ya da qəti sübutlarla dəstəklənməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın