Azərbaycan gimnastı Oleq Stepko Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl medal qazanıb. Finalda idmançımız 15.825 xal toplayıb. Başqa Azərbaycan gimnastı Petro Paxnyuk isə 14.450 xalla yeddinci olub.

Oleq Stepko gimnastika atında hərəkətlərdə isə bürünc medal qazanıb.

Oleq Stepko 1994-cü il martın 25-də Ukraynanın Zaporojya şəhərində anadan olub. Ukrayna əsilli azərbaycanlı idman gimnastıdır. 2014-cü ilə qədər doğma vətəni olan Ukraynanı təmsil edib.

2015-ci ildə Şotlandiyanın paytaxtı Qlazqo şəhərində keçirilən Dünya Çempionatının bürünc medalçısıdır. 2013-cü ildə Moskva şəhərində keçirilən Avropa Çempionatının qızıl medalçısıdır.

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının 5 qat medalçısıdır. Oleq Stepko Bakıda Avropa Oyunlarında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Azərbaycanın Avropa Oyunları tarixindəki ən titullu idmançısıdır.

2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Şöhrət Ordeninə layiq görülüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın