ABŞ prezidenti Barak Obama Azərbaycanın dövlət başçısına məktub ünvanlayıb. Ağ Ev rəhbəri Azərbaycan prezidentini Respublika günü münasibəti ilə təbrik edir. Təbrik məktubunda deyilir:

“Sizi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatları adından təbrik edirəm. Həmçinin Sizi qarşıdan gələn əlamətdar hadisə – Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə təbrik edirəm.

Azərbaycan son 25 ildə xüsusilə Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb. Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq.

Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz həmçinin ölkənizin və qonşularınızın əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik.

Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.

Cənab Prezident, xahiş edirəm Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin”.

ABŞ-dan Azərbaycana Qarabağa sadiqlik mesajı

Bundan iki gün öncə ABŞ-ın Dövlət Katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik edib. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir.

“ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir. ABŞ və Azərbaycan həm Avropa daxilində, həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə birgə çalışıblar. Azərbaycan Avropa bazarına enerji resurslarının tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir”, – deyə Con Kerrinin təbrikində bildirilir.

Con Kerri Azərbaycan və Ermənistanın rəhbərlikləri ilə Dağlıq Qarabağda zorakılığın azaldılması üzrə yolların öyrənilməsində maraqlıdır. Bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi keçirilən brifinqdə bildirib. ABŞ dövlət departamenti nümayəndəsinin sözlərinə görə, Con Kerri Dağlıq Qarabağda gərginliyi azaltmaq üçün daha yaxşı yolları müzakirə etmək istəyir.

“ABŞ üçün tərəflərin dialoq qurması, atəşin dayandırılması haqqında sazişə riayət etməsi və hərtərəfli razılaşma üzərində işlərin aparmasını görmək vacibdir”, – deyə Con Kerri bildirib.

Öncəki xəbərGimnast idmançımız Dünya Kubokunda qızıl medal qazandı
Sonrakı xəbərVladimir Doroxin: Rusiya Qarabağ problemini 10 dəqiqəyə həll edə bilməz
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın