Təbrizdə Ermənistan konsulluğunun fəaliyyətə başlayacağı rəsmən açıqlanıb.

YALAN.info bildirir ki, bununla bağlı hələ dekabrın 27-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşündə bəyanat verib.

İranlı nazir yanvarın ilk həftələrini Ermənistan konsulluğunun açılış tarixi kimi qeyd edib. Yanvarın birində isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani konsulluğun açılması ilə bağlı bəyanatında Ermənistan və İran arasında əvvəllər imzalanmış ikitərəfli sazişlərin olduğunu vurğulayıb. O bəyan edib ki, bu müqavilə çərçivəsində “erməni tərəfi Təbrizdə öz baş konsulluğunu açacaq”. İran XİN sözçüsü vurğulayıb ki, həmin anlaşma Azərbaycanın Qarabağ zəfərindən sonra imzalanıb.

İranın Ermənistandakı səfiri Mehdi Sobhani də məsələ ilə bağlı açıqlama verib. Ermənistan dövlət televiziyasına danışan İran rəsmisi bildirib ki, İranın Qapandakı konsulluğunun açılışından sonra Ermənistan tərəfi də Təbrizdə baş konsulluq açacaq ki, bu da iki ölkə arasında sərhəd əlaqələrini gücləndirəcək və ikitərəfli ticarətə töhfə verəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın