Bir sıra seriallarda rol almış tanınmış aparıcı Mələk Heydərova filmlərin açıq-saçıq və soyunma səhnələrində azərbaycanlı aktrisaların rol almasına öz münasibətini bildrib.

Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmovun “Açıq-saçıq rollara çəkilmədiyi üçün rejissorlar məcburiyyət qarşısında yerli filmlərdə çəkilmək üçün başqa ölkələrdən aktrisalar çağırır…” fikirləri gənc aktrisa və teleaparıcı Mələk Heydərovanı özündən çıxarıb.

Publika.az-a açıqlama verən aktrisa ittihamı qəbul etməyib:

“Bizim rejissorlar kənar yerdən gətirdikləri aktrisaya elə bir məbləğ təklif edirlər ki, həmin aktrisa istənilən səhnəni oynamağa razılıq verir. Amma bizim aktrisalara o səhnəni oynamaq təklifi qarşısında çox cüzi qonorar verirlər. Xaricdə seksual səhnələri oynadığı üçün aktrisa qınaq atəşinə tutulmur. Üstəgəl də bunun müqabilində yaxşı məbləğ alır. Film də dünyada uğur qazanır. Biz isə beş manat pul alırıq, üstəgəl də beş il də camaatın ağzında söz oluruq. Bizi ağ yuyub, qara sərirlər. Hələ bilmirik də ki, o film uğur gətirəcək ya yox. Lazım gələrsə, filmdə öpüşərəm də, yataq səhnəsinə də çəkilərəm. Amma baxır hansı məbləğə. 100 min versələr, filmdə öpüşərəm, milyon versələr, yatağa girərəm”.

100 min versələr, filmdə öpüşərəm, milyon versələr, yatağa girərəm
Aktrisa, aparıcı Mələk Heydərova: 100 min versələr, filmdə öpüşərəm, milyon versələr, yatağa girərəm

M.Heydərova onu da bildirib ki, seksual səhnələrin necə çəkilməsindən çox şey asılıdır: “Alen Delonun çəkildiyi bir film var, orada sevgilisinin əlcəyi yerə düşür. Aktyor onu elə ehtirasla yerdən qaldırır ki, ona baxan tamaşaçı ehtiraslanır. O səhnə yüz ilin ən seksual səhnəsi sayılırdı.

Yəni sözümün canı budur ki, rejissordan çox şey asılıdır. Öpüş, yataq, ümumiyyətlə, seksual səhnələri açıq-saçıqlıq olmadan da verə bilər”.

Aparıcı Şəbnəm Turan tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyliyə bərk qəzəblənib. Buna rejissorun gənc aktrisa Mələk Heydərova barəsində söylədiyi fikirlər səbəb olub.

Ş.Turan Şeyxi qınayıb: “Şeyx Əbdül Mələyə “qızım-qızım” deyə müraciət edir, sonra da onun yatağa girmək üçün milyon manat istəməsini alqışlayır. Hesab edirəm ki, “qızım” müraciəti ilə bu sözlər heç uyğun gəlmir. Məncə, Şeyx gözəl aktrisaya “tilov atır”. Çünki mən Əbdül Mahmudbəylini tanıyıram, cazibədar qadınları xoşlayır”.

Xatırladaq ki, rejissor milyon versələr yatağa girərəm açıqlamasına münasibət bildirərkən belə deyib: “Fahişə obrazını da aktrisa yaratmalıdır da. Bunun üçün də ona istədiyi qədər qonorar ödənməlidir. Gənc aktrisa Mələyin açıqlamasını oxudum, ona haqq qazandırdım. Üzümü ona tutub deyirəm, qızım, lap əcəb eləyirsən. Rejissor pulunu verməlidir ki, o aktrisa da qınaqları gözə alıb o filmə çəkilsin”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın