47 yaşlı Xorvatiya prezidentinin seksual görüntüsü rekord qırır. Xanım prezident Kolinda Qrabar-Kitaroviçin sosial şəbəkələrdə çimərlik paltarında yayılmış fotosu böyük marağa səbəb olub.
Kolinda Qrabar-Kitaroviç (Kolinda Grabar-Kitarović) ötən il keçirilən prezident seçkilərində Xorvat Demokrat Birliyi partiyasından namizədliyini irəli sürüb və prezident seçilib.

O seçildiyi ilk günlərdə verdiyi maraqlı qərarla yadda qalmışdı. Belə ki, xanım prezident Yuqoslaviyanın sabiq başçısı İosip Broz Titonun bütün büst və heykəllərinin ölkə ərazisindən yığışdırılmasını əmr etmişdi.

Lakin prezidentin çimərlikdəki fotoları bu qərardan da çox rezonans doğurmağı bacardı.

