Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun bütün oyunları başa çatıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi xəbərə görə, Azərbaycan Peşəkar Futbol Liqasının (AzPFL)  TOPAZ Premyer Liqasında sona 3 tur qalmış bütün medalçılar aydınlaşıb.

Zirə Futbol Klubunun qonağı olan İnter 1-1 hesablı heç-heçəyə nail olmaqla xallarının sayını 43 çatdırıb. Bununla da komanda ən azı bürünc medalları təmin edib. Çünki mövsümün başa çatmasına 3 tur qalmış Zirəni 11 xal qabaqlayır. Zirə qəsəbəsində qeydə alınan heç-heçə eyni zamanda İnterin çempion olmaq üçün nəzəri şansını itirməsini rəsmiləşdirib. Hesabında 53 xalı olan Qarabağ artıq “ağ-göylər” üçün əlçatmazdır.

  • Topaz Premyer Liqası
N Klublar O Q H M T-F X
1 Qarabağ 25 16 5 4 39-12 53
2 Qəbələ 25 13 10 2 43-14 49
3 İnter 25 11 10 4 36-25 43
4 Zirə 25 8 8 9 22-25 32
5 Sumqayıt 25 8 7 10 24-31 31
6 Kəpəz 25 6 9 10 19-26 27
7 Neftçi 25 8 2 15 19-40 26
8 AZAL 25 1 7 17 12-41 10

Bombardirlər: Filip Ozobiç (“Qəbələ”) – 11 qol; Rauf Əliyev (“İnter”) – 9 qol

Topaz Premyer Liqası, XXV tur, “Qarabağ” 0-0 “Qəbələ” – Geniş icmal

Topaz Premyer Liqası, XXV tur, AZAL 1-2 “Sumqayıt” Geniş icmal

Topaz Premyer Liqası, XXV tur, “Zirə” 1-1 “İnter” Geniş icmal

Topaz Premyer Liqası, XXV tur, “Kəpəz” 2-0 “Neftçi” – Video icmal

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın