UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

YALAN.info bildirir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğuya görə, bu ada “Qarabağ” FK-nın futbolçusu Abdullah Zubir layiq görülüb.

Fransa yarımmüdafiəçi səsvermədə Türkiyə “Qalatasaray”ından Mauro İkardini, İtaliya “Milan”ından Ruben Loftus-Çiki və Portuqaliya “Benfika”sından Anxel Di Mariyanı qabaqlayıb. Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə udduğu oyunda 2 qol və 1 məhsuldar ötürmə edib.

Onu da bildirək ki, “Qarabağ”ın üç futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb. Qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir “SofaScore” nəşrinin versiyasına görə 11-liyə salınıblar. Portuqaliyanın “Braqa” klubuna qarşı səfərdə keçirilən oyuna görə, Lunyov 7,9 xalla, Yankoviç 8,0 xalla, Zubir isə 9,0 xalla dəyərləndirilib. Rəmzi komandaya düşən oyunçulardan yalnız Portuqaliya “Benfika”sının üzvü Anxel Di Mariya (9,5) ağdamlıdan çox xal toplayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın