Fransa Respublikası gələn il müdafiə xərclərini 3 milyard avro arta bilər.

YALAN.info bildirir ki, bununla bağlı Fransa hərbi departamentinin rəhbəri Sebastien Lecornu (Sébastien Lecornu) “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.

“Mən hökumətin 2023-cü il üçün hərbi büdcəni 3 milyard avro artırmaq istəyini bir daha təsdiq edirəm. Bu, parlamentin müzakirəsinə veriləcək”, – Lekornu nəşrin bununla bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, hərbi idarə Ukraynadakı durumun fonunda təcrübəni dəyərləndirmək və müdafiə büdcəsinə əlavə düzəlişlər etmək istəyindədir.

Fransa hərbi departamentinin məlumatına görə, 2019-2025-ci illərdə ölkənin silahlarının modernləşdirilməsi proqramının maliyyələşdirilməsinə 295 milyard avro ayrılması planlaşdırılıb. İyunun 13-də Makron Ukraynadakı münaqişə fonunda bu xərclərin gözdən keçirilməsini tapşırıb. Dövlət başçısı qeyd edib ki, indiki proqram “yüksək intensivlikli müharibə” ehtimalı nəzərə alınmadan qəbul edilib.

Öncəki xəbərXocavənddə yeni hərbi bölmə, düşərgə binası və hərbi hospitalın açılışı oldu
Sonrakı xəbərRafael Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qələbə qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın