Dünyada hələ də koronavirusun (COVID-19) ən təhükəli ştamının olma ehtimalı var.

YALAN.info bildirir ki, bununla bağlı “Microsoft”un yaradıcısı Bill Qeyts (Bill Gates) “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Koronavirusun (COVID-19) daha da yoluxucu və ölümcül bir variantı ilə qarşılaşma riskimiz hələ də var. Mən bədbin proqnoz vermək istəmirəm, ancaq pandemiya zamanı onun ən pis təzahürünü hələ görməmişik”, – Qeyts deyib.

Milyarderin fikrincə, əsas vəzifəsi qlobal sağlamlığa təhlükələri tez bir zamanda müəyyən etmək olan beynəlxalq qrup yaratmaq lazımdır. O, ölkə liderlərini sağlamlıq böhranına diqqətlə baxmağa və gələcək pandemiyanın qarşısını almaq üçün investisiyalar artırmağa çağırıb.

Daha öncə Bill Qeyts vurğulayıb ki, əgər elm adamları daha əvvəl müalicə icad edə bilsəydilər, COVID-19 pandemiyası başqa cür ola bilərdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın