Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı 2018-in ilk finalçısı Sankt-Peterburq stadionundakı Fransa-Belçika qarşılaşmasından qələbə ilə ayrılan xoruzlar olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Didye Deşamın baş məşqçisi olduğu komanda yarımfinalda Belçika yığmasını üstələyib. Oyunda tək qolu 51-ci dəqiqədə Samuel Umtiti vurub. O, künc zərbəsindən sonra topu başla qapıya göndərib.

Beləliklə, Fransa millisi 12 ildən sonra dünya çempionatının finalına yüksəlib.

DÇ-2018, ½ final: 22:00 Fransa – Belçika – 1:0

France v Belgium – 2018 FIFA World Cup Russia™ – Match 61

Qol: Samuel Yumtiti, 51
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, “Sankt-Peterburq” stadionu

İkinci finalçı iyulun 11-də Xorvatiya-İngiltərə yığmaları arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.

Fransa hələlik Dünya Çempionlu titulunu bir dəfə – 1998-ci ildə qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın