Versal Sammitində Avropa Birliyinə üzv olan ölkələrin liderləri ilk dəfə olaraq hərbi xərcləri önəmli dərəcədə genişləndirmək, birgə inkişaf etdirmək, yeni silahlar yaratmaq və almaq qərarına gəliblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı sammitin yayılan yekun bəyanatında deyilir.

Qeyd edək ki, əvvəllər bu məsələlərlə yalnız NATO məşğul olurdu və Avropa Birliyinin (AB) daim öz iqtisadi xarakterini vurğulayırdı.

“Biz qətiyyətlə hərbi imkanlarımıza və innovativ texnologiyalarımıza böyük nəticələr əldə etmək üçün daha çox sərmayə qoymalıyıq. Biz müdafiə xərclərimizi önəmli dərəcədə artırmaq qərarına gəldik. Onun əhəmiyyətli bir hissəsi başlıca çatışmazlıqlarımızı (silah sahəsində – Red.) kompensasiya etmək üçündür”, – deyə məlumatda vurğulanıb.

AB ölkələri həmçinin mülki, hərbi və kosmik texnologiyaların birgə istifadəsi və öz müdafiə sənayesini, o cümlədən kiçik və orta müəssisələri inkişaf etdirmək imkanlarını axtarmaq niyyətindədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın