Türkiyə “Bayraktar Akıncı” döyüş pilotsuz uçan aparatlarının (PUA) ixracına dair ilk müqaviləni imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Anadolu Agentliyinin məlumatına görə, bununla bağlı “Baykar Makina” İHA istehsalçısının baş direktoru Haluk Bayraktar bildirib.

“Baykar Makina”nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb. Onun mühərrikləri Ukrayna tərəfindən tədarük ediləcək. Müqaviləyə uyğun olaraq tədarük 2023-cü ilə planlaşdırılır.

Bayraktar, həmçinin “Bayraktar TB-2 PUA-larına tələbatın artdığını da vurğulayıb. Onların alınması üçün 16 ölkə ilə müqavilə imzalanıb.

Onu da bildirək ki, Türkiyə son illərdə təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün döyüş PUA-larının istehsalına başlayıb. İndi “Bayraktar TB-2” PUA-larını istifadə edən altı dövlət var: Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna. Bu PUA-lardan Qarabağ, Suriya və Liviyada döyüş əməliyyatlarında istifadə edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın