Fransa ABŞ-ın texnologiya nəhəngləri olan Google.fr və YouTube.com saytlarını toplam 150 milyon avro, Facebook.com saytını isə 60 milyon avro cərimələyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Fransa Respublikasının Milli İnformatika və Azadlıqlar Komissiyası (CNIL – Commission Nationale de l’Informatique et des Libertés) məlumat yayıb.

Məlumata görə, cərimə saytların gizlilik siyasətini pozması ilə əsaslandırılıb. Belə ki, qurumun bildirdiyinə görə, Google.fr, YouTube.com və Facebook.com saytlarının istifadəçiləri Çərəzləri (Cookies) qəbul etdikləri kimi asanlıqla imtina edə bilmirlər.

Çərəzlər nədir? Çərəzlər (İngiliscə – Cookies) vebsayta girən istifadəçinin bələdçisində saxlanılan kiçik mətn fayllarıdır. Sonrakı ziyarət zamanı vebsayt provayderi çərəzləri əldə edə və bununla da istifadəçinin bələdçisini və onun parametrlərini “tanıya” bilir.

Qurum bu çətinliyi aradan qaldırmaq üçün Google və Facebook-a 3 ay vaxt verib. CNIL bəyan edib ki, bu müddət boyunca saytlardakı nöqsanlar aradan qaldırılmasa, yenə gündəlik 100 min avro cərimələnəcəklər.

“Google”un ödəməli olduğu cərimə CNIL-in tarixində rekord göstəricidir. Yada salaq ki, ötən ilin dekabr ayında da CNIL “Google”u 100 milyon avro, ABŞ-ın başqa texnologiya nəhəngi olan “Amazon”u isə 35 milyon avro cərimələmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın