Rusiya müsəlmanlarına bir sıra məhdudiyyətlərlə kriptovalyutadan istifadə etməyə icazə verilib.

YALAN.info bildirir ki, bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini, Moskva müftisi İldar Alautdinov deyib.

Məlumata görə, 2023-cü ilin son toplantıda Rusiya, Almaniya, Türkiyə və bir sıra ərəb ölkələrindən ilahiyyatçılar, islam hüququ üzrə ekspertlər və alimlər şəriət baxımından bankçılıq, ailə hüququ, blokçeyn və kriptovalyutalardan istifadəni nəzərdən keçiriblər.

“Üləmalar Şurası insanların həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olan internet texnologiyalarının inkişafına dəstək verirlər. Toplantıda qəbul edilən fətvada bir sıra tələblərə uyğun olaraq kriptovalyuta ilə ticarətin və investisiyanın icazəli olması müzakirə edilib. Məsələn, bir kriptovalyutanın əmtəə, valyuta və ya maliyyə aktivi kimi təsnif edilə biləcəyi zaman ona yatırım etmək olar. Əgər fətvada verilən tələblərdən ən azı biri yerinə yetirilmirsə, o zaman şura kriptovalyuta ilə hər hansı əməliyyatdan çəkinməyi tövsiyə edir”, – İ.Alautdinov açıqlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın