Əcnəbilərin Türkiyə Respublikası vətəndaşlığına qəbulu qaydalarına dəyişiklik edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Sənədə uyğun olaraq, Türkiyə vətəndaşlığına qəbul olmaq üçün əsas müddəa və meyarlar aşağıdakı kimi müəyyənləşdirilib:

  1. Qiyməti 250 min ABŞ dollarından başlayan daşınmaz əmlakın alınması;
  2. Banka 500 min dollar əmanət qoyulması;
  3. 500 min dollar dəyərində qiymətli kağızların alınması;
  4. 500 min dollar məbləğində dövlət istiqrazlarının alınması;
  5. 500 min ABŞ dollarına investisiya fondlarının səhmlərinin alınması;
  6. 50 iş yeri açmaq.

Bu müddəa və meyarlardan ən azı birinə əməl edənlərə avtomatik olaraq Türkiyə Respublikası vətəndaşlığı veriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın