Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, eləcə də Avropa Komissiyası qəbul edib: Beynəlxalq sanksiyalara məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, başqa banklar da SWIFT maliyyə sistemindən çıxarılacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti Qərb liderlərinin şənbə günü axşam (26 fevral) baş tutan danışıqlarından sonra bildirib.

Bildirilir ki, ABŞ, Fransa, Kanada, İtaliya, Böyük Britaniya, Avropa Komissiyası və Almaniya Rusiya Ordusunun Ukraynada davam edən hücumlarına cavab olaraq Rusiyaya qarşı əlavə sərt maliyyə sanksiyaları tətbiq etmək qərarına gəliblər:

“Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, başqa Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılacaq. Bu, həmin qurumları beynəlxalq maliyyə axınlarından təcrid etmək məqsədi daşıyır ki, bu da onların qlobal fəaliyyətini önəmli dərəcədə məhdudlaşdıracaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın