ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) Florensdə (Arizona ştatı) tərəfdarları ilə görüşü zamanı yenidən Ağ Evə qayıdacağını bildirib. O, “2024-cü ildə biz Ağ Evi geri alacağıq”, – deyə bəyan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ-ın 45-ci prezidenti “Amerikanı yenidən böyük etmək” zərurətini vurğulayıb.

Donald Trampın sözlərinə görə, onun ABŞ prezidenti olduğu müddətdə Rusiya ilə münasibətlər qurmaq öz ölkəsi ilə münasibət qurmaqdan daha asan olub. “Məndən tez-tez soruşurdular ki, hansı ölkə ilə iş görmək daha çətindır, <…>, yoxsa Rusiya ilə? Bəlkə bu, Çindir, bəlkə Şimali Koreyadır? Bu, İrandır?”, “Mən cavab verdim: “Yox. Qarşılaşdığım ən çətin ölkə Amerika Birləşmiş Ştatları idi.” “Bizim dəli adamlarımız var”, – eks-prezidet deyib.

Trampın sözlərinə görə, bu şəxslər hər şeydə Moskvanı günahlandırmağa çalışaraq “Rusiya, Rusiya, Rusiya” yalan tezisini uydururlar. “Hər şey uydurmadır”, – o vurğulayıb. “Doğurdan da, ən çətini Rusiya, ya da Çinlə deyil, ABŞ-ladır. Bu, ayıbdır”, – sabiq dövlət başçısı əlavə edib.

Onu da vurğulayaq ki, Trampın 2024-cü il prezident seçkilərində iştirakı məsələsi açıq qalır. Noyabrın 8-də eks-prezident aralıq seçkilərdən sonra yenidən prezidentliyə namizədliyini irəli sürmək qərarını açıqlayacağını bəyan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın