Dünyanın ən populyar kriptovalyutası “Bitcoin”in dəyəri günorta saatlarında qəfil artaraq 37 min ABŞ dolları olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu, məşhur milyarder İlon Maskın (Elon Musk) “Twitter” səhifəsinə “Bitcoin”i işarələdikdən sonra baş verib.

20-dən çox birja üçün ortalama qiyməti hesablayan “CoinMarketCap” portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə haradasa 13:51-də kriptovalyutanın qiyməti 17,2% artaraq, 36 316 dollara qalxıb.

Kriptovalyutanın ən böyük ticarət dövriyyəsi olan “Binanace” birjasında isə “Bitcoin”in dəyəri 19,23% artaraq, 37 155 dollar təşkil edib.

Maskın qeydindən öncə kriptovalyuta 32 min dollardan bir az artıq qiymətə ticarət edilib, yəni onun qiyməti haradasa 1 saat içində 16% yüksəlib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın