Nüfuzlu “Forbes” jurnalı ən bahalı ulduzların adını açıqlayıb. Jurnalın tərtib etdiyi yeni siyahıya ötən il 170 milyon dollar qazanan Amerikanın pop-mügənnisi Teylor Svift (Taylor Swift) başçılıq edir.

Svift yüksək qazancına görə, “1989” adlı dünya turnesinə borcludur. O, əldə etdiyi gəlirlə Şimali Amerikanın “The Rolling Stones” rok qrupunun əvvəlki rekordunu qırıb. Onun “Diet Coke”, “Keds” və “Apple” kimi reklamlardan aldığı gəlirləri də hesablasaq, müğənni il ərzində ümumi 250 milyon dollar qazanıb.


Brave On Set with Taylor Swift


Distractingly good. Apple Music

Siyahıda ikinci yeri britaniyalı qrup “One Direction” tutub. Onların gəlirləri 110 milyon dollar həcmində göstərilir. Üçüncü yerdə 95 milyon dollarla yazıçı Ceyms Patterson, dördüncü yerdə  88 milyon dollarla teleaparıcı “Doktor Fil” Makqrou, beşinci yerdə isə eyni məbləğ, yəni 88 milyon dollarla futbolçu Kriştianu Ronaldo (Cristiano Ronaldo) bərqərar olub.

ANS PRESS-in məlumatına görə, ilk onluğa həmçinin aşağıdakı məşhurların adı daxildir:

Kevin Xart (87,5 milyon dollar)
Hovard Stern (85 milyon dollar)
Lionel Messi (81,5 milyon dollar)
Adel (80,5 milyon dollar)
Raş Limbo (79 milyon dollar)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın