“Rusiya qoşunları artıq 500 min Ukrayna vətəndaşını zorla öz ölkələrinə aparıblar”.

YALAN.info bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Estoniya Parlamentinə video-müraciətində deyib.

Onun sözlərinə görə, deportasiya edilmiş ukraynalılar sənədlərindən məhrum edilirlər, onlardan həmçinin telefonları da toplanılır: “Onları Rusiya Federasiyasının müxtəlif regionlarına göndərirlər. Onların Ukraynaya qayıtmasına hər vəchlə əngəl yaradılır. Uşaqları valideynlərindən ayırır və onları qanunsuz övladlığa verilmək üçün Rusiyadakı ailələrə göndərmək istəyirlər.

“Rusiyanın zərbələrinin qurbanına çevrilmiş Ukrayna şəhərlərində artıq on minlərlə insan həlak olub. Yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı Rusiya ordusu bütün növ artilleriyadan, bütün növ raketlərdən, aviabombalardan, özəlliklə də fosfor bombalarından istifadə edir”, – deyə V.Zelenski bildirib.

Володимир Зеленський звернувся до народу й політиків Естонії.
KİMVolodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərPolşa, Litva, Latviya və Estoniya Prezidentləri Ukrayna lideri ilə birlik mesajı verdi
Sonrakı xəbərFransa Ukraynaya 100 milyon avro əlavə hərbi yardım göndərir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın