Fransanın paytaxtı Parisdə UEFA EURO-2016 Avropa çempionatının final oyunu baş tutub. Yarışın son qarşılaşmasının 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Kristiano Ronaldo həkimlərin qarışmasından sonra yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən Ronaldo əvəzlənməli olub. 31 yaşlı futbolçu meydandan xərəkdə gözyaşları ilə çıxıb. Ulduz futbolçunun gözyaşlarını əks etdirən fotoları sosial şəbəkələrdə baxılma rekordu vurur. Ronaldo ağlayarkən onun üzünə qonan kəpənək də diqqətlərdən yayınmayıb.

Ronaldonun oynamamasına rəğmən Portuqaliya qələbə qazana bilib. 109-cu dəqiqədə rəqib qapısına yol tapan Eder komandasını Avropa çempionu edib.


Avropa Çempionatı 2016 – Fransa-Portuqaliya: 0-1

Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu olub.


Kristiano Ronaldo Portuqaliyanın UEFA EURO-2016-nın çempion olmasına belə sevinir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın